Universitetlərin açılması daha bir problemi üzə çıxardı (FOTO/VİDEO)backend

Universitetlərin açılması daha bir problemi üzə çıxardı (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlərin ləğvindən və ali təhsil müəssisələrində əyani tədrisin bərpa olunmasından sonra paytaxt Bakıda bir sıra problemlər üzə çıxıb.
Belə ki, gün ərzində vaksin pasportunun yoxlanılması ilə əlaqədar müxtəlif universitetlərin qarşısında yaranmış sıxlıqla birlikdə müxtəlif metrostansiyaların qarşısında da uzun növbələr müşahidə edilib.
Buna səbəb həm sərnişin yükünün bir neçə dəfə artması, həm də stansiyalar girişdə təhlükəsizlik yoxlamaları olub.
Sərnişinlərin arasında olan Oxu.Az əməkdaşının verdiyi məlumata görə, stansiya daxilində, platformada xidmət aparan metro polisləri də girişdəki həmkarlarından aşağıda sərnişinlərin çox olduğunu, mümkün qədər girişdən daha az-az adamların buraxılmasını xahiş edirlər.
Nəticədə isə stansiyaların qarşısında sıxlıqlar yaranıb.
Görüntüləri təqdim edirik: