Universitetlərdə mühazirələr onlayn olacaqbackend

Universitetlərdə mühazirələr onlayn olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir”.

TİA.AZ  xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır: “Aşağı siniflərdə dərslərə başlanılsa da, onlayn tədrisdən istifadə etmək lazım olacaq. Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Adi praktik məşğələlər də onlayn formada olacaq. Hesab etməyək ki, sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək məsləhətdir”.