UNİVERSİTETLƏRDƏ KORRUPSİYA YIĞIŞDIRILMALIDIR – EKSPERTDƏN ÇAĞIRIŞbackend

UNİVERSİTETLƏRDƏ KORRUPSİYA YIĞIŞDIRILMALIDIR – EKSPERTDƏN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrində korrupsiya faktları yığışdırılmalıdır”.

Bunu TİA.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, ölkədə təhsilin səviyyəsinin aşağı olması, tələbələrin xaricə üz tutmasına səbəb olur:

“Bir neçə universiteti istisna etmək şərtilə biz də təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Təbii ki, bir neçə universiteti istisna etmək şərtilə. Həmin istisna universitetlər Bakı Ali Neft Məktəbi, ADA, İqtisadiyyat Universiteti, Xəzər Universiteti, qismən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetidir. Digərlərində isə təhsilin keyfiyyəti bildiyimiz kimi, o qədər də yüksək deyil. Düzdür, bir qədər Pedaqoji və Dillər Universitetinə də ümidlər var. Qalanlarında isə yüksək keyfiyyətli, ixtisaslı kadrların hazırlanması istiqamətində tədrisin aparılması düzgün şəkildə tətbiq olunmur. Buna görə də biz hər il nə qədər tələbənin xaricə axınının şahidi oluruq. Onlar iki kurs yaxud bir kurs oxuduqdan sonra məcbur olub xaricə üz tutur, keyfiyyətli təhsil arxasınca gedirlər. Düşünürəm ki, bu sahədə dərin islahatlara ehtiyac var. Ali təhsil müəssisələrində korrupsiya faktları, tələbələrin incidilməsi yığışdırılmalıdır. Müasir təhsil standartları əsasında dərslər keyfiyyətli təşkil olunmalıdır”.

Aytac

TİA.Az