Universitetlərdə əyani tədris bərpa oluna bilər – AÇIQLAMAbackend

Universitetlərdə əyani tədris bərpa oluna bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejiminin yumşaldılması ilə bağlı gözləntilər ali təhsil müəssisələrinə də şamil oluna bilər. Bununla bağlı Operativ Qərargah müvafiq dövlət qurumlarından daxil olunmuş məlumatları toplayır, analiz edir və bunun nəticəsində müvafiq qərar qəbul edilir. Əgər yoluxma sayı aşağı düşməyə davam edərsə, universitetlərdə əyani təhsil bərpa oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

O bildirib ki, tədris ilinin sonuna 1 aydan az bir müddət qaldığından, ənənəvi təhsilin hazırda bərpa olunmasının ciddi effekt verəcəyini düşünmür:

“Ancaq burada bəzi istisnalar var. Xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar var ki, onlar birbaşa, praktiki məşğələlər tələb edir. İlk növbədə bu ixtisaslar üzrə tədrisin əyani şəkildə bərpa olunması daha doğru olar. Tələbələrin dərslərə getmək üçün metrodan istifadə etdiyini nəzərə alsaq, metroların fəaliyyəti bərpa olunacaqsa, bu, universitetlərdə əyani tədrisin də bərpa edilməsinə gətirib çıxara bilər. Yoluxma halı indi normaldır, ali məktəblər də pandemiya dövründə sanitar-epidemioloji vəziyyəti idarə etmək qabiliyyətindədir. Ali təhsil müəssisələrinin hamısında Operativ Qərargahın müəyyən etdiyi qərarlar çərçivəsində dezinfeksiya işləri aparılır. Bu baxımdan hesab edirəm ki, ali məktəblərdə əyani təhsilin bərpa olunması məsələsinə baxıla bilər”.