Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar (SİYAHI)backend

Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sentyabrın 23-də Azərbaycanda 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. 
Dünəndən isə sosial şəbəkələrdə universitetlərə ixtisasların keçid balları ilə bağlı müzakirələr gedir.
TİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 7-ci sayına əsasən, I qrup üzrə bəzi universitetlərdə 2020-2021-ci tədris ili üçün müəyyənləşdirilmiş keçid ballarını təqdim edir:
Bakı Dövlət Universitetində 1-ci qrup üzrə ən aşağı keçid balı Fizika müəllimliyi (ingilis dilində), Geologiya, Geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə keçid balı 200 olub. BDU-da ən yüksək bal 577 bal olub ki, bu da Kompüter elmləri (ingilis dilində) ixtisası üçün müəyyən olunub.
Azərbaycan Neft və Sənaye Universitetində isə bakalavrlarda 1-ci qrupdan 200 balla Cihaz mühəndisliyinə (ingilis dilində) qəbul aparılıb. ADNSU-da ən yüksək bal 625 – İnformasiya texnologiyaları (ingilis dilində) ixtisasında olub.
İxtisaslar üzrə keçid balı ən yüksək Bakı Ali Neft Məktəbində qeydə alınıb. Belə ki, İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üçün 689 bal tələb olunub. Bu universitetdə minimal bal Neft-qaz mühəndisliyi ixtisası üzrə 592 təşkil edib.
Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaaat Universitetində ən aşağı bal 200, ən yuxarı bal 324 və 438 bal təşkil edib.
Azərbaycan Pedaqoji Universitetində ən aşağı bal müəllimlik ixtisasları üzrə 200, ən yuxarı 450 bal müəyyən olunub .
Dövlət İqtisad Universitetində (UNEC) İnformasiya təhlükəsizliyi ixtisası üzrə ən yüksək keçid balı 491, ən aşağı bal Materiallar mühəndisliyi və digər ixtisaslar üzrə 200 təşkil edib.
Özəl universitetlərindən Bakı Mühəndislik Universitetində minimal keçid balı Fizika müəllimliyi üzrə 200, maksimal isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 433 bal olub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Kompüter elmləri ixtisasına keçid balı 620 təşkil edib.
ADA-da minimal 540 və maksimal 554 bal müəyyən olunub ki, bu da Kompüter elmləri (ingilis dilində), İnformasiya texnologiyaları (ingilis dilində) ixtisasları üçün keçərlidir.
Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və Xəzər Universitetində minimal 200, maksimal isə 487 bal olub.