UNİBANK İŞĞALDAKI RAYONLARIMIZI ERMƏNİ DİLİNDƏ TƏQDİM EDİR – FOTObackend

UNİBANK İŞĞALDAKI RAYONLARIMIZI ERMƏNİ DİLİNDƏ TƏQDİM EDİR – FOTO

Azərbaycanın aparıcı banklarından biri olan Unibank ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik etməklə yanaşı, onu tanımadığını nümayiş etdirir. JAMAZ.İNFO xəbər verir ki, belə ki, bank özünün əlaqə və ərazi axtarış bölməsində işğal altında olan rayon və şəhərlərimizin adlarını ermənicə təqdim edir.
Qeyd edək ki, Ermənistanın işğalı altında olan və Azərbaycanın ərazisi olan və beynəxlaq səviyyədə tanınan bu bütövlüyün Unibank tərəfindən qəbul edilməməsi başadüşülən deyil. Halbuki rəsmi qurumlar belə məsələlərdə diqqətli olmağı tələb edir. Digər tərəfədən, Azərbaycanda əyləşib, burada pul qazanan Uunibankın bu hərəkəti ölkənin ərazi bütövlüyünə və onun rəsmi dilinə hörmətsizlikdir.
Onu da bildirək ki, müvafiq qurumlar bununla bağlı Unibankdan izahat tələb etməlidirlər. Çünki bu ciddi məsələdir və bankın belə bir mövqe sərgiləməsinin səbəbləri aydınlaşdırılmalıdır. Halbuki işğal altında olan rayonlarımızın adlarını öz doğma dilimizdə göstərmək elə də çətin bir məsələ və ya böyük xərc tələb edən iş deyil. Belə olan təqdirdə Unibankın belə bir addım atması anlaşılan deyil, üstəlik, məsuliyyət daşımasına gətirib çıxarır.
Xatırladaq ki, Unibankın Müşahidə Şurasına Eldar Qəribov rəhbərlik edir. Onun müavini Emin Quliyev, Şuranın üzvləri isə Elxan Qəribli və Dr. Kamen Zaxariyevdir.
Məsələ ilə bağlı sözügedən bankın da mövqeyini dərc etməyə hazırıq.

TİA.AZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki