“UNİBANK”DAN İSTİFADƏ ETMƏYİN, BALANSDAN PUL OĞURLAYIRLAR” – MÜŞTƏRİLƏR XALQA SƏSLƏNDİbackend

“UNİBANK”DAN İSTİFADƏ ETMƏYİN, BALANSDAN PUL OĞURLAYIRLAR” – MÜŞTƏRİLƏR XALQA SƏSLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank”ın müştərisi Arzu Hümbətova narazıdır. TİA.Az bildirir ki, müştəri bankı oğru, məsuliyyətsiz adlandırır.
“Dekabrın 29-dan 70.69 borcuma 72 manat artıq ödəniş etmişəm, ancaq balansımı artırmırlar. Mədaxil isə 70.69 göstərir. 500 manat balansımı borcumu tam ödəməyimə baxmayaraq, 498.74 saxlayır. Dəfələrlə zəng etmişəm, məntiqli cavab verilməyib, yola verirlər.
Email yazib, qəbz şəkli atmışam, geri dönüş etmirlər, suala cavab ver bilmədiklərinə görə “filiala yaxınlaş” deyirlər. İzah edirəm ki, ödənişi sizin terminaldan ödəmişəm. Cavab tapa bilmirlər. Sizə məsləhətim qəti şəkildə bu bankdan istifadə etməyin, balansdan pul oğurlayırlar”.
Bankın digər mütərisi Mahirə Rəşidova qeyd edb ki, eyni problem onun da başına gəlib: “Terminalda dəyişiklik olub, bunu müştərilərə bildirmirlər. Ödəniş edib, elə həmin gün mail üzərindən qəbzin şəklini göndərdim. Hesabıma keçirməyiblər. 2 gün gecikmə düşdükdən və yenidən zəng etdikdən sonra hesaba keçirdilər. Məcbur qalıb əlavə məbləğ də ödədim”.
Fərid Aydın isə deyir ki, son üç ildə “Unibank” müştərisi olub: “Lakin son 6 aydan bir qədər çoxdur mənim də güvənim qalmayıb bu banka. Qətiyyən müştəri məmnuniyyətini düşünmürlər. Bir çox proqram təminatları ya yarımçıq, ya da tamamilə işlək deyil. Ümumiyyətlə bu banka bulaşdığıma çox peşmanam”.
Aydən Rzayeva da “Unibank”ın şikayətçilərindəndir: “Port Bakuda ATM-ləri kartımı qaytarmadı. 177 ilə əlaqe saxladəm, dediler ancaq 10 iş günü ərzində geri dönüş edəe biləcəklər. Yeni kart sifariş etmək üçün müraciət etdim. Mən “visa” kart istəsəm də “master card hazırlayıblar. Ümumiyyətlə səhv onlarda olsa da minnət qoyaraq danışırlar”.

TİA.Az