Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişib – SİYAHIbackend

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişib – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilib.

TİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərmanlar imzalayıb.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib. Ümumi təhsil müəssisələrinin növlərinin sayı 13-dən 14-ə qaldırılıb.

Həmçinin, təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Dəyişiklikdən sonra ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

– ibtidai ümumtəhsil məktəbi;
– ümumi orta ümumtəhsil məktəbi;
– tam orta ümumtəhsil məktəbi;
– lisey;
– gimnaziya;
– inteqrasiya təlimli ümumtəhsil məktəbi;
– xüsusi ümumtəhsil məktəbi;
– ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
– internat tipli lisey;
– internat tipli gimnaziya;
– inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
– internat tipli xüsusi ümumtəhsil məktəbi;
– internat tipli sanator ümumtəhsil məktəbi;
– digər məktəblər.