backend

Ulvira yeni telekanala keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır. 

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.


TİA.AZ xəbər verir ki, aparıcı ARB TV-yə keçib.

Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov Ölkə.Az-a açıqlamasında təsdiqləyib:

“Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Xanım aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq”.

Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib.