backend

Ulduzlar Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Olimpiya Stadionunda 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə “Ən Yeni İl” adlı konsert proqramı təşkil olunacaq. 

Bakı Olimpiya Stadionunda 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə “Ən Yeni İl” adlı konsert proqramı təşkil olunacaq.

TİA.AZ xəbər verir ki, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Dəmət Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cəmrə və Mahmud Orxan çıxış edəcəklər.

Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geri-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Konsertə gələcək qonaqlara lotereya vasitəsi ilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq.