Ulduz veteran: “Ukraynaya döyüşməyə gedirəm”backend

Ulduz veteran: “Ukraynaya döyüşməyə gedirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna millisinin sabiq futbolçusu və hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubununun baş məşqçisi Sergey Rebrov vətəninə qayıdacaq.

Fanat.Az xəbər verir ki, Rebrov “İndependent” qəzetinə müsahibəsində müharibədə iştirak edəcəyini bildirib:

“Hazırda futbol haqqında düşünmədiyim üçün sizə bu barədə danışa bilmərəm. Vətənimi necə qorumağı düşünürəm. Ölkəmizi xilas etməyə çalışan əsgərlərlə və xalqımla fəxr edirəm. Qələbə qazanmaq üçün Ukrayna xalqı həmrəy olmalıdır. Biz azadlıq üçün mübarizə aparırıq.

Təbii ki, döyüşməyə gedirəm. Əlimə silah alacağam. Hamımız küçələrə çıxmışıq. Biz xalq olaraq birik. Bütün dünya görəcək ki, ukraynalılar öz vətənini necə müdafiə edir. Nə etməli olduğumuzu bilirik. Biz qalib gələcəyik”.