backend

“Ulduz ” Beynəlxalq Sərgidə – “Made in Azerbaijan” brendi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulduz Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “PRODEXPO 2017” 24-cü Beynəlxalq Qida sərgisində iştirak edir. 
Ulduz Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “PRODEXPO 2017” 24-cü Beynəlxalq Qida sərgisində iştirak edir.

Fevralın 10-na qədər davam edəcək “PRODEXPO 2017” Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 57 ölkəsindən 2178 şirkət iştirak edir.  
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutan Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Ötən il ilə müqayisədə “PRODEXPO 2017” sərgisinə maraq göstərən iştirakçıların sayı 11%, ekspozisiyaların həcmi isə 12% artıb.
Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalayıb.