UKRAYNAYA ZƏRBƏLƏR RUSİYADA RUBLA DƏYİR – EKSPERTDƏN FAKTbackend

UKRAYNAYA ZƏRBƏLƏR RUSİYADA RUBLA DƏYİR – EKSPERTDƏN FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml təbliğatçılarının, “rubl dəyərdən düşmür”, tezisi faktlara baxanda sabun köpüyü kimi görünür. TİA. Az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli rəqəmlərə istinad edib. Onun sözlərinə görə, 2013-cü ildə, Rusiyanın Krımın işğalından öncə 1 dollar (il ərzində) ortalama 30 rubl 37 qəpik idi, 2015-ci ildə, Rusiyanın Krımı işğal etdikdən sonra 1 dollar (il ərzində) ortalama 56 rubl 23 qəpik oldu: “2021-ci ildə Rusiya-Qərb gərginliyinin kəskin artması başlayanda 1 dolların ortalama qiyməti 69 rubl oldu. 2022-ci ilin yanvar ayında ortalama qiymət 1 dollar 75 rubl 88 qəpik olub. 2022-ci ilin fevral ayında (müharibə ay sonu, 24 fevralda başladı) ortalama məzənnə 1 dollar 77 rubl 40 qəpik oldu. 2022-ci ilin mart ayında ortalama məzənnə 1 dollar 104 rubl 08 qəpik olub.
Yəni 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1 dollar 30 rubldan 104 rubla qədər – 3,4 dəfə bahalaşıb. Yaxşı, bəs rubl dəyərdən düşməsi başqa necə ola bilərdi ki?!
Bu gün Rusiya MB-nın rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə “qara bazardadır”. Amma bir məsələ də var ki, tarix boyu “qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur…”

TİA. Az