Ukraynaya getmək istəyənlər bu xəbəri oxusunbackend

Ukraynaya getmək istəyənlər bu xəbəri oxusun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Azərbaycandakı səfirliyi müraciət yayıb.

TİA.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Ukraynada karantin rejiminin müddəti 31 avqust 2021-ci ilə qədər uzadılıb. 17 iyun tarixindən ölkədə epidemioloji təhlükəyə dair “yaşıl” səviyyə təyin ediləcək.

Ukraynada epidemioloji təhlükəyə dair “yaşıl” səviyyə təyin edildikdə Ukrayna vətəndaşları və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər üçün istənilən ölkədən Ukraynanın dövlət sərhədindən keçid maneəsiz olacaq.

Əcnəbilər mütləq şəkildə COVID-19-a dair sığorta polisi və ya aşağıdakılardan birini əldə etməlidir:

– PCR üsulu ilə aparılmış COVID-19 testinin mənfi nəticəsi (test sərhədi keçməyə 72 saat qalmış verilməlidir),

– koronavirus antigeninin aşkarlanması üçün ekspres-testin mənfi nəticəsi (test sərhədi keçməyə 72 saat qalmış verilməlidir),

– BTSQ müvafiq olaraq və ya vaksinasiya haqqında sənədlərin qarşılıqlı şəkildə tanınması haqqında Ukrayna tərəfindən imzalanmış beynəlxalq müqavilələrə müvafiq olaraq verilmiş və ÜST tərəfindən fövqəladə hallarda istifadəsinə icazə verilən COVID-19 vaksinləri siyahısına daxil edilmiş vaksinlə peyvənd olunmanı təsdiq edən sənəd.

12 yaşdan kiçik uşaqlar üçün test və peyvənd haqqında arayışlar tələb olunmur.

COVID-19 qarşı tam vaksinasiya kursunun həyata keçirilməsi barədə sənəddə qeyd olunan vaksin ÜST tərəfindən fövqəladə hallarda istifadəsinə icazə verilən vaksin siyahısına daxil olmalıdır.

Hal-hazırda həmin siyahıya aşağıdakı vaksinlər daxildir:

– Pfizer/BioNTech istehsalı olan BNT162b2/COMIRNATY Tozinameran (INN) (Ukraynada KOMİRNATİ adı altında qeydiyyatdadır);

– AstraZeneca/Oxford istehsalı olan AZD1222 (Ukraynada ASTRAZENEKA adı ilə qeydiyyatdadır);

– Covishield (ChAdOx1_nCoV-19) виробництва Serum Institute of India Oxford istehsalı olan Covishield (ChAdOx1_nCoV-19) (Ukraynada KOVİŞELD adı ilə qeydiyyatdadır);

– Janssen istehsalı olan Ad26.COV2.S;

– Moderna istehsalı olan mRNA-1273;

– Sinopharm/BIBP istehsalı olan SARS-CoV-2 Vaccine (Vero Cell), Inactivated (lnCoV);

– Sinovac istehsalı olan SARS-CoV-2 Vaccine (Vero Cell), Inactivated (Ukraynada KORONAVAK adı ilə qeydiyyatdadır).

Ukraynanın dövlət sərhədindəki buraxılış məntəqələrində “Sputnik V” vaksini ilə peyvənd olunma haqqında sənədlə əcnəbilərin xaricdən ölkəyə girişi cəhdləri müşahidə olunur. Bildiririk ki, bu kimi sənəd Ukraynaya giriş hüququ vermir, çünki adıçəkilən vaksin ÜST siyahısına daxil deyil”.