Ukraynanın Rusiya ilə danışıqlarda ilk qələbəsi açıqlandı – VİDEObackend

Ukraynanın Rusiya ilə danışıqlarda ilk qələbəsi açıqlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın Rusiya Federasiyası ilə danışıqlarda ilk qələbəsi nümayəndə heyətinin işinin Belarusdan Türkiyəyə keçməsidir”.

Bunu Ukraynada hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı fraksiyasının rəhbəri David Araxamiya Türkiyədə Rusiya-Ukrayna danışıqlarının yekunları barədə brifinqdə bildirib.

“Bu gün növbəti danışıqlarımız oldu. İlk qələbəmizi əyani danışıqlar yerinin Belarusdan Türkiyəyə keçməsi hesab edirik. Çünki Türkiyə bizim dostumuz və tərəfdaşımızdır və biz bu ölkəni təhlükəsizlik zəmanətçilərimizin sırasında görürük”, – deyə nümayəndə heyətinin üzvü bildirib.

Araxamiya danışıqlar zamanı Ukrayna tərəfinin rəsmi təkliflə çıxış etdiyini vurğulayıb.

“Mən dərhal deyirəm ki, biz heç nəyə imza atmırıq, ancaq Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi ilə bağlı təklif veririk. Bu, zaminlər tərəfindən imzalanacaq beynəlxalq müqavilə olmalıdır. Ona görə ki, o, ratifikasiya olunsun və Budapeşt Memorandumunda olduğu kimi səhvə yol verməyək”, – deyə nümayəndə heyətinin üzvü bildirib.

Qeyd edək ki, təhlükəsizlik qarantları kimi BMT Təhlükəsizlik Şurası ölkələri, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail çıxış etməyi planlaşdırırlar.