Ukraynanın Qostomel şəhərinin başçısı həlak oldubackend

Ukraynanın Qostomel şəhərinin başçısı həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.
Bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.
Bildirilib ki, Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayar, çarəsizlərə və ümidsizlərə yardım edirmiş.
Məlumata görə, Yuri Prilipko ilə yanaşı, insanlara kömək edən daha iki nəfər də güllələnib.
Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbəsidir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.