Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdırbackend

Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək.

TİA.AZ xəbər verir ki, bunu Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə Prezident Ofisi rəhbərinin müşaviri Timofiy Milovanov deyib.

Onun sözlərinə görə, makro iqtisadiyyatı dəstəkləmək üçün ildə 20-30 milyard dollar, ordunu dəstəkləmək üçün bir o qədər vəsait lazımdır.

“Luqanoda keçirilən konfransda Ukrayna bəyan etdi ki, ölkənin bərpası üçün 750 milyard dollar lazımdır. Əgər biz belə sərmayələr alsaydıq, o zaman Ukrayna həqiqətən də iqtisadi cəhətdən inkişaf etmiş ölkə olardı”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilib. Tədbirin yekunu olaraq müvafiq plan təsdiq edilib.