Ukraynanın məşhur iş adamı Rusiya bombardmanında öldübackend

Ukraynanın məşhur iş adamı Rusiya bombardmanında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Oleksiy Vadaturski iyulun 31-nə keçən gecə dünyasını dəyişib.
Tia.az UNİAN-a istinadla xəbər verir ki, Nikolayevin bombalanması zamanı onun evinə rus ordusunun atdığı  mərmi düşüb.
Bu barədə Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz “Telegram” səhifəsində məlumat verib .
“Gecə şəhərin atəşə tutulması nəticəsində Ukrayna Qəhrəmanı, “Nibulon” şirkətinin baş direktoru Aleksey Afanasyeviç Vadaturski və onun həyat yoldaşı Raisa Mixaylovna Vadaturskaya faciəli şəkildə həlak oldular. Aleksey Afanasyeviç Nikolayev vilayəti və Ukrayna üçün çox şey etdi. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl  Nikolayevin hərbi administrasiyasının sədri Vitali Kim iyulun 31-nə keçən gecə 5 saat müxtəlif aralıqlarda vilayətin kütləvi atəşə tutulduğunu bildirib.