Ukraynanın işğal olunmuş ərazilərində partizan hərəkatı güclənir – Baş Qərargahbackend

Ukraynanın işğal olunmuş ərazilərində partizan hərəkatı güclənir – Baş Qərargah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Xerson bölgəsində hücuma keçsə də, uğur qazanmayaraq geri çəkilib.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, Qara və Azov dənizlərinin sularında, Ukrayna ərazisindəki hədəflərə raket zərbələri endirmək üçün hazır vəziyyətdə, düşmən dörd “Kalibr” dəniz qanadlı raket daşıyıcısını saxlayır.

Baş Qərargah həmçinin qeyd edir ki, ukraynalı müdafiəçilər fəal döyüş əməliyyatlarının davam etdiyi bütün istiqamətlərdə rus işğalçılarına itki verirlər. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə partizan hərəkatı güclənir.