Ukraynanın gündəlik itkisi: 170 milyon dollarbackend

Ukraynanın gündəlik itkisi: 170 milyon dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Baş naziri Denis Shymal Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Ukraynanın ixrac etdiyi məhsullarının limanlara çata bilmədiyini açıqlayıb.
TİA.AZ xəbər verir ki, Baş nazir Ukraynanın Asiya, Afrika və Avropa ölkələrinə ixrac etməyi planladığı 90 milyon ton məhsulun əngəlləndiyini deyib. O, bəzi məhsulların “qara yol”la ixrac edildiyini, bəzilərinin bombalanmış ərazilərdə qaldığını və ya ruslar tərəfindən ələ keçirildiyini vurğulayıb.
Bildirilib ki, bu hal Ukraynaya günlük 170 milyon dollar zərər vurur.
Qeyd edək ki, Ukrayna istehsal və təchizat sıxıntısı yaşadığı üçün bir çox ölkələrdə taxıl məhsullarının qiyməti qalxıb.