Ukraynanın ən varlı adamı Mariupolu yenidən quracağına söz verdibackend

Ukraynanın ən varlı adamı Mariupolu yenidən quracağına söz verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın ən zəngin adamı Rinat Axmedov müharisədə olan Maripul şəhərinin yenidən qurulmasına kömək edəcəyinə söz verib. 
TİA.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə Axmedov “Reuters”ə açıqlamasında bildirib.
Hazırda Rusiya işğalı nəticəsində xarabalığa çevrilən Mariupol şəhərində Axmedovun iki polad zavodu və digər biznesi şəbəkəsi yerləşirdi.
“Mariupol qlobal faciənin və qəhrəmanlığın nümunəsidir. Onlar üçün nə qədər çətin olduğunu anlasam da, inanıram ki, bizim cəsur əsgərlərimiz şəhəri qoruyacaqlar”,- o deyib.
Bir neçə gün əvvəl Axmedova məxsus “Metinvest” şirkəti heç vaxt Rusiya işğalı altında işləməyəcəyini açıqlayıb. Şirkət həmçinin Mariupolun mühasirəsinin Ukrayna metallurgiya istehsalının üçdə birini sıradan çıxartdığını bildirib.
Ukraynanın ən zəngin adamlarından biri olan Axmedovun biznes imperiyası Rusiyanın Ukraynaya qarşı başlatdığı 2014-cü il Krım və Donbas regionunun işğal nəticəsində kəskin şəkildə kiçilib.
“Forbes” jurnalına görə, 2013-cü ildə Axmedovun 15.4 milyard sərvəti olub. Hazırda isə iş adamının sərvəti 3.9 milyard dollar qiymətləndirilir.
Axmedov bildirir: “Bizim üçün müharibə 2014-cü ildə başladı. Biz Krım və Donbas regionunda bütün mülklərimizi itirdik. Biz bisnesimizi itirdik, ancaq bu bizi daha sərt və güclü elədi. Mən əminəm ki, ölkənin ən böyük özəl biznesi kimi Sistem Kapital Menecment Ukraynanın post-müharibə dövrü yenidən qurulmasında vacib rol oynacaq”,- deyə Rinat Axmedov əlavə edib.