Ukraynanın cəbhədəki uğurlarının səbəbi….- Qabil Hüseynlinin şərhibackend

Ukraynanın cəbhədəki uğurlarının səbəbi….- Qabil Hüseynlinin şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukraynanın ərazilərindən rusları çıxarması, ərazi bütövlüyünü təmin etməsi o qədər də uzaqda deyil. İlin sonu, gələn ilin əvvəlinə qədər bu proses başa çata bilər”.
Bu fikirləri Bakupost.az -a politoloq Qabil Hüseynli Ukrayna ordusunun əks-hücum əməliyyatları ilə bağlı danışarkən deyib:
Politoloq müharibənin gedişində dönüş yaranması – Ukrayna ordusunun müdafiədən hücuma keçməsinin səbəblərini belə şərh edib:
“Ukrayna ordusunun qələbələrinin əsas səbəbi xalqın igidliyi, cəsurluğu, vətənini, torpağını sevməsi və haqq işi aparmasıdır. Çünki Ukraynanın əsas işi özünü təcavüzdən, torpaqlarını işğaldan qorumaqdır. Bu səbəbdən dünyanın təxminən 50-yə yaxın dövləti açıq formada Ukraynanı dəstəkləyir. Lakin Rusiyanın yanında 5-6 dövlətdən başqa heç kim yoxdur. Eyni zamanda, Ukrayna ordusu hər gün təcrübə yığır, möhkəmlənir. Bu gücün əsas səbəbi Qərbin, yəni Amerika, Böyük Britaniya və digər Avropa ölkələrinin Ukraynaya silah yardımıdır. Ukraynalılar demək olar ki, hər gün daha çox silah almaqla ordusunu yenidən qurur”.
Q.Hüseynli vurğulayıb ki, hər gün Ukrayna ordusuna döyüş taktikasını mənimsəmiş minlərlə yeni zabit və əsgər daxil olur:
“Ukraynada elə döyüşçülər, zabitlər, əsgərlər var ki, artıq 7-8 ildir ordu sıralarında döyüşür. Eyni zamanda, Ukrayna hərbçilərinin bir hissəsi ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya kimi ölkələrdə döyüş hazırlığı təcrübəsi keçir, yeni silahların sirlərini öyrənirlər. Ukraynaya hər gün xaricdə təcrübə keçmiş, döyüş taktikalarını öyrənmiş ən azı 2000-3000 yeni zabit gəlir. Bütün bunlar Ukrayna ordusunun döyüş əzmini günbəgün möhkəmləndirir”.
Politoloq bildirib ki, bunun əksinə olaraq, Rusiya tərəfdə böyük ruh düşkünlüyü var:
“Rusiya ordusu təkcə ruslardan ibarət deyil, çoxmillətlidir. Azssaylı xalqların nümayəndələri daha çoxluq təşkil edir. Onlar da hesab edirlər ki, bu müharibə ədalətsizdir. Başqa milətllərin nümayəndələri həvəssiz döyüşür, döyüşməkdən imtina edərək, geri çəkilirlər. Geri çəkilənlər arasında rus əsgərləri də var. Rusiya ordusunda böyük ruh düşkünlüyü, panika var. Bu səbəbdən hazırda Ukrayna ordusunun ildırımsürətli əks-hücum əməliyyatları başlayıb. Əllərində olan yeni silahlarla rusların komanda mərkəzlərini, silah anbarlarını çox dəqiqliklə sıradan çıxarırlar. Bu nöqteyi-nəzərdən strateji təşəbbüs artıq bir aydan çoxdur ki, ukraynalıların əlindədir. Taktiki uğurlar da hər gün Ukrayna ordusunun yeni şəhər və kəndlərin azad etməsilə müşahidə olunur”.