Ukraynanın bir kəndi separatçılardan azad edilib – Türk dronları ilə rus tanklarının döyüşü başlayıbbackend

Ukraynanın bir kəndi separatçılardan azad edilib – Türk dronları ilə rus tanklarının döyüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Türkiyədən aldığı pilotsuz uçuş aparatları (PUA) ilə ilk dəfə Donbasdakı separatçılara zərbə endirməsi Qara dənizin şimalında sanki zəlzələ effekti yaradıb.

Reyting.az xəbər verir ki, Rusiya mətbuatı sərhəddə doğru irəliləyən rus tanklarının görüntülərini yayıb.

Rusiya Müdafiə Nazirliyi isə uzunmənzilli bombardmançı təyyarələrin (Tu22M3) Qara dəniz üzərində uçduğunu bildirir.

Qeyd edək ki, Ukrayna Türkiyədən aldığı “Bayraktar TB2” ilə Donbasdakı Rusiya tərəfindən dəstəklənən separatçılara zərbə endirib. Bundan sonra Donbasda hərbi aktivlik müşahidə olunub. Rusiya saytları isə Putinin sərhəddə tanklar göndərdiyini yazıblar.

“Bayraktar TB2” dronu ilə ilk dəfə hücum həyata keçirdiyini açıqlayan Ukrayna tərəfi çərşənbə axşamı ordu birliklərinin atəş xəttindəki bir kəndin separatçılardan geri aldığını elan edib.

Türk dronunun son həmləsi Rusiyada təəccüblə qarşılanıb. Kremlin açıqlamasında Ukraynaya Türk dronlarının satılmasından narazılıq ifadə olunub.

Hətta Rusiyanın bəzi media qurumları iddia edir ki, “Bayraktar TB2”-nin Ukrayna prosesinə daxil edilməsinin məqsədi Rusiya və Almaniya arasında çəkilən “Şimal Axını-2” xəttinin hədəfə alınmasına hesablanıb.

Qranitnoye kəndinə dron hücumundan sonra Rusiyanın dron üzrə mütəxəssisi Deniz Fedutinov bildirib ki, Türk dronları Rusiya hava müdafiə sistemləri qarşısında olduqca həssasdır.

Hərbi analitik bütün cəbhələrdə “Bayraktar”a qarşı təəccüblü şəkildə darmadağın olan “Pantsir”ləri də gündəmə gətirib və deyib ki, Donbasda dronları vurmaq üçün heç nə yoxdur.

Buna paralel olaraq Rusiya iki uzunmənzilli bombardmançı “Tu-22 M3” təyyarələrini Qara dəniz üzərinə qaldırıb. Strateji raket daşımaq imkanları olan bombardmançıları “S-27” müdafiə edib.

Rusiya ordusuna yaxın internet saytları isə Ukraynanın “Bayraktar TB2” dronları ilə indiyə qədər azı 30 hücum həyata keçirdiyini iddia edib və bildirib ki, Rusiya hava müdafiə sistemlər bu günə qədər 15 ədəd Türk dronunu vurub.

Ortaya çıxan bir videoda isə rus ordusunun Ukrayna sərhədlərinə qatarlarla tank və zirehli texnika daşıdığı müşahidə edilib. Bryanskidə qeydə alınan bu video-görüntülər hələlik müstəqil qaynaqlar tərəfindən tam təsdiqlənməyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2021-ci ilin yazında Krım ətrafında və Ukrayna sərhədləri yaxınlığına 100 mindən çox ordu toplayıb və müharibə qorxusu bütövlükdə Qara dəniz ətrafına yayılıb.

MÜJDƏ: Ukraynanın bir kəndi separatçılardan azad edilib
MÜJDƏ: Ukraynanın bir kəndi separatçılardan azad edilib
MÜJDƏ: Ukraynanın bir kəndi separatçılardan azad edilib