Ukraynanın Baş Qərargahı: “Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”backend

Ukraynanın Baş Qərargahı: “Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Belqorod vilayətinin yaşayış məntəqələrindən Ukraynanın İzyum şəhəri ərazisinə 76-cı desant-hücum diviziyasının tərkibindən iki tabor köçürüb.
TİA.AZ  “Report”a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində qüvvələrini artırır. Bundan başqa, Rusiya Belqorod vilayətində iki diviziya “İsgəndər-M” raketi yerləşdirib.
Məlumata görə, təxliyə kavrvanları Rusiya hərbçiləri tərəfindən atəşə tutulur. Bir neçə yaşayış məntəqəsində humanitar fəlakət yaşanır. Bildirilib ki, qarşı tərəf Xarkov şəhərinin infrastrukturlarına aviasiya zərbələri endirməkdə davam edir.
“Mariupol istiqamətində düşmən fasiləsiz atəş açır və Ukraynanın “Azovstal” zavodu ərazisindəki müdafiə qüvvələrini mühasirədə saxlayır. İşğalçılar dinc sakinlər arasında “filtirasiya” üzrə tədbirləri davam etdirir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 7 hava hədəfi – “Su-25” təyyarəsi, “Ka-52” helikopteri, 3 operativ-taktiki PUA-sı, 2 qanadlı raketi məhv edilib:
“Donetsk və Luqansk vilayətlərində düşmənin 9 hücumunun qarşısı alınıb, 9 tankı, 11 artilleriya sistemi, 4 xüsusi və 17 ədəd zirehli texnikası, 3 xüsusi və mühəndis, 16 avtomobil texnikası, 4 yanacaqdoldurma stansiyası və bir zenit qurğusu sıradan çıxarılıb. Mövqelərinə endirilən gözlənilməz aviasiya zərbələri nəticəsində rəqib çoxlu sayda canlı qüvvə, texnika itirib”.