Ukraynanın 5 zabiti müharibənin sonunadək Ərdoğanın himayəsi altında Türkiyədə qorunacaqbackend

Ukraynanın 5 zabiti müharibənin sonunadək Ərdoğanın himayəsi altında Türkiyədə qorunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Mariupol şəhərinin müdafiəsinə rəhbərlik edən “Azov”un bir komandir və beş zabiti bu ölkə müharibədə qələbə çalana qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında Türkiyədə qalacaq.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Biz 5 səhra komandirini geri qaytardıq, onlar üçün ən çətin mübarizə aparmalı olduq. Onları qəddarlıqla təhdid etdilər. Beş super qəhrəman. Bunun müqabilində nə mərhəmətə, nə də acımaya layiq olanlardan 55-ini verdik”, – Ukraynanın dövlət başçısı qeyd edib.

V.Zelenski Ukraynanın Türkiyə ilə razılaşdığını və beş komandirin müharibənin sonuna qədər tam təhlükəsiz, rahat şəraitdə və R.T.Ərdoğanın şəxsi himayəsi altında olacağını vurğulayıb.

“Biz onlara ailələri ilə görüşmək imkanı yaradacağıq”, – Ukrayna Prezidenti söyləyib.

Ukrayna liderinin sözlərinə görə, onlar bu hərbçilərdir: Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko və Denis Şleqe.