UKRAYNANI RUSİYA İLƏ DANIŞIQLARDA TƏMSİL EDƏN ŞƏXS XAİN ÇIXDI – Güllələndi + FOTO (16+)backend

UKRAYNANI RUSİYA İLƏ DANIŞIQLARDA TƏMSİL EDƏN ŞƏXS XAİN ÇIXDI – Güllələndi + FOTO (16+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən heyət üzvlərindən birinin vətən xaini çıxdığı məlum olub.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti Ukrayna tərəfini Qomeldə keçirilən birinci danışıqlarda təmsil edən Denis Kireevin xain olduğunu, Rusiya tərəfinə məxfi məlumatlar ötürdüyünü üzə çıxarıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.Kireyev saxlanılan zaman ölüb. Hadisənin dəqiq təfərrüatı məlum deyil.

Ancaq bəzi məlumatlara görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onu ələ keçirmək istəyərkən Kireev silahlı müqavimət göstərib. Buna görə də xidmətin əməkdaşları Kireevi güllələyiblər. Bu xəbəri millət vəkili Aleksandr Dubinski də təsdiqləyib.

Qeyd edək ki, Kireev Ukraynada tanınmış iş adamlarından biri və bankir olub. O, 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyyə sektorunda çalışıb.