Ukraynanı dəstəkləyən müğənnilərə qadağa qoyuldubackend

Ukraynanı dəstəkləyən müğənnilərə qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “RU.TV” musiqi kanalı ukrayna əsilli müğənnilərə qadağa qoyub.

Siyahıda bir çox rus ifaçılar da yer alıb. Bundan sonra İvan Dornom, Maks Barskix, Potapom və Nastya, MONATIK, DOROFEEVA, Loboda, Vera Brejneva, Valeriy Meladze, Alla Puqaçova, Maksim Qalkin  və “Аквариум” qrupunun heç bir görüntüsü sözügedən kanalda yayımlanmayacaq.

Buna səbəb sözügedən sənət adamlarının Rusiyanın Ukraynaya hərbi hücumunu tənqid etməsi olub. Həmin sənətçilərlə müqaviləyə xitam verilib.

“Musiqiçilərin rus dinləyicilərinə öz siyasi mövqeyini bildirərkən təkəbbürlü, həqarətli münasibəti heç bir seçim qoymayıb, yuxarıda adıçəkilən musiqiçilərlə mövcud müqavilələrə xitam verilməsi qərara alınıb” deyə, yazıda bildirilib.