Ukraynanı bombalayan pilotun anasının da bu ölkədə yaşadığı bəlli oldu…-VİDEObackend

Ukraynanı bombalayan pilotun anasının da bu ölkədə yaşadığı bəlli oldu…-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya tərəfindən ilhaq olunmuş Krımdan olan təyyarəçi Ukraynanın mülki əhalisini bombalamaq əmrində hansısa cinayət tərkibi olduğunu görməyib. Baxmayaraq ki, valideynləri faktiki olaraq bu ölkənin mərkəzində – Poltava vilayətinin Kremençuq şəhərində yaşayırlar.
Moderator.az  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) mətbuat xidməti məlumat yayıb və pilotun anasının ifadəsini təqdim edib.
Təyyarənin vurulması, Putinin faşist pilotu olan oğlunun isə əsir götürülməsi faktını ana Ukrayna xəbərlərindən öyrənib. O, işğalçı böyütdüyünə görə utandığını söyləyib.
İşğalçının təyyarəsi martın 5-də Nikolayev şəhəri üzərində vurulub və o, əsir götürülüb. Hazırda UTX-nin müstəntiqləri və əks-kəşfiyyatçıları onun dindirilməsini davam etdirirlər