UKRAYNADAN SONRA İKİNCİ CƏBHƏ: SƏRHƏDDƏ TOQQUŞMALAR KİMƏ LAZIM İDİ?backend

UKRAYNADAN SONRA İKİNCİ CƏBHƏ: SƏRHƏDDƏ TOQQUŞMALAR KİMƏ LAZIM İDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müharibəsi ilə başlayan geosiyasi mübarizənin ikinci, daha doğrusu növbəti cəbhəsi Cənubi Qafqaz olur: sərhəddə baş verən son döyüşlər Azərbaycan-Ermənistan xəttindən daha uzağa gedir və İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi”. Bu fikirləri TİA. Az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun dediyinə görə, Bakı üçün risklər ola bilər: “Amma ən böyük zərbəni plasdarm olan Ermənistan alacaq, çünki mövcud reallığı böyük güclərdən daha çox coğrafiya diktə edir. Pelosinin İrəvana səfərini bu kontekstdə qiymətləndirmək olar. Və onun “Bu gün ABŞ-dan Ukraynaya, Tayvana, Ermənistana kimi dünya demokratiya və diktatura arasında seçim qarşısındadır” açıqlaması ABŞ-ın hansı istiqamət üzərindən siyasət yürüdəcəyini də göstərir. İstisna deyil ki, qarşıdakı dövrdə “Azərbaycan Ermənistana təcavüz edir” deyənlər yeni kampaniyaya başlayacaq.
Çünki son hadisələr başlanğıc idi və həlledici məqam hələ qarşıdadır, ötən əsrin əvvəlində ermənilərə qondarma dövlət yaradalar bu dəfə xilas edə bilməyəcək”.

TİA. Az