Ukraynadan Rusiyaya şok: Rus qazının Macarıstana tranziti dayandırıldıbackend

Ukraynadan Rusiyaya şok: Rus qazının Macarıstana tranziti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Rusiyadan Macarıstana qaz tranzitini dayandırıb.
TİA.AZ xəbər verir ki, “Operator of GTS of Ukraine” şirkətindən verilən məlumata görə, 1 oktyabr saat 07:00-dan etibarən yeni qaz gününün başlaması ilə tranzit dayandırılıb.
Bu, “Qazprom” un Balkan Axını qaz kəməri və Cənub-Şərqi Avropadakı boru kəmərləri ilə Macarıstana qaz verməyə başlamasından, yəni Ukraynadan yan keçməsindən sonra baş verib.
Qeyd edək ki, sentyabrın 27-də Rusiya konserni Macarıstan hakimiyyəti ilə iki ölkə arasında növbəti 15 il ərzində hər il 4,5 milyard kubmetr qaz tədarük ediləcək iki müqavilə imzalayıb.