Ukraynadan rus əsgərinə fantastik təklif: Texnikanı təhvil ver, 1 milyon dollar al (SİYAHI)backend

Ukraynadan rus əsgərinə fantastik təklif: Texnikanı təhvil ver, 1 milyon dollar al (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Ali Radası hərbi texnikaların könüllü təhvil verilməsinə görə Rusiya hərbçilərinə veriləcək mükafatın məbləğini müəyyən edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bunun üçün 10 min dollardan 1 milyon dollara qədər mükafat nəzərdə tutulub.
Belə ki, bu gün baş tutan Ali Radanın qapalı iclasında Ukrayna Silahlı Qüvvələrinə könüllü olaraq veriləcək “Təcavüzkar dövlətin istifadəyə yararlı hərbi texnikasına görə mükafatların müəyyən edilməsi haqqında” qanun layihəsi qəbul edilib. 7229 saylı müvafiq qanun layihəsinin leyhinə 320 xalq deputatı səs verib.
Qanuna əsasən, hərbi texnikanı könüllü təhvil verən Rusiya silahlı qüvvələrinin və digər güc strukturlarının hərbi qulluqçularına aşağıdakı mükafatların verilməsi nəzərdə tutulub:
Döyüş təyyarəsi (qırıcı, bombardmançı və hücum təyyarəsi) – 1 milyon dollar
Döyüş helikopteri – 500 min dollar
Reaktiv raket sistemləri: 122 mm-ə qədər çaplı – 25 min dollar, 122 mm-dən çox kalibrli eyni sistem – 35 min dollar
Tank, yerüstü artilleriya (özüyeriyən) – 100 min dollar
Piyada döyüş maşını (desant), zirehli transportyor, zirehli kəşfiyyat-patrul maşını – 50 min dollar
Hərbi maşın – 10 min dollar
1-ci və ya 2-ci dərəcəli gəmi – 1 milyon dollar
3-cü və ya 4-cü dərəcəli gəmi – 500.000 dollar
Hərbi (köməkçi) dəstək gəmisi – 200.000 dollar
Kiçik döyüş gəmisi – – 50 000 dollar
Bundan əlavə, qanunda qeyd olunur ki, hərbi texnikanı təhvil verən şəxslərin kimliyi onların istəyinə uyğun olaraq gizli saxlanılacaq. Həmçinin onlara Ukrayna ərazisində təhlükəsiz yaşamaq və üçüncü ölkəyə getmək üçün şərait yaradılacaq.