Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISIbackend

Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların kimliyi məlum olub.
TİA.AZ adları açıqlanan şəxslərin siyahısını təqdim edir:
1. 1976-cı il təvəllüdlü Neymət İsmayılov;
2. 1966-cı il təvəllüdlü Rəhim İsmayılov;
3. 1995-ci il təvəllüdlü Qabil İsmayılov;
4. 1997-ci il təvəllüdlü Camal Salmanov.
Yuxarıda qeyd olunan şəxslər Odessa vilayətindən təxliyə olunan zaman Moldova sərhədinə yaxınlaşarkən maşınları atəşə tutulub.
5. 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov – Xarkovda küçəyə çıxan zaman öldürülüb.
6. 1978-ci il təvəllüdlü Elnur Əmrahov – Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayış nəticəsində həlak olub.
7. 1984-cü il təvəllüdlü Arzu Süleymanov – Çerniqov şəhərində avtomobilinin üzərinə raket düşüb.
Kimliyi dəqiq olmayanlar:
1. 1995-ci il təvəllüdlü Səbuhi Fərziyev – Vışqorod rayonu;
2. Nikolayev şəhərində raket atəşi nəticəsində avtomobildə bir azərbaycanlı ölüb.