Ukraynada yeni qərar – Mülki şəxslərə atəş açma icazəsi verilirbackend

Ukraynada yeni qərar – Mülki şəxslərə atəş açma icazəsi verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada mülki şəxslərə heç bir məhdudiyyət olmadan işğalçılara atəş açmağa icazə verilə bilər.
TİA.AZ xəbər verir ki, Ukrayna hüquq-mühafizə komitəsi hərbi vəziyyət zamanı düşmən qoşunlarına müqavimət göstərmək üçün mülki şəxslərin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.
Bu barədə komitə sədrinin birinci müavini Andrey Osadçuk öz “Facebook” səhifəsində məlumat verib.
O, bildirib ki, Ukrayna Hüquq Mühafizə Komitəsi  Rusiyanın silahlı təcavüzünü dəf etmək üçün mülki şəxslərin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırılıb.
Qeyd edək ki, bir həftə ərzində Ukraynada gedən döyüşlərdə 9 min düşmən əsgəri həlak olub.
Həmçinin Rusiya ordusunun itkiləri arasında 217 tank, 900 zirehli döyüş maşını, 90 artilleriya sistemi, 42 ədəd reaktiv yaylım atəşi sistemi, 11 hava hücumundan müdafiə sistemi və digər texnika var.