Tribuna İnformasiya Agentliyi

Ukraynada yanan hərbi anbarlarda 88 min tona yaxın sursat var

09 Oktyabr

Ukraynanın Çerniqov vilayətində yanan hərbi anbarlarda, təxminən, 88 min ton sursat var.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildiriıib.

“Anbar ərazisində yanğın və müxtəlif intensivlikdə partlayışlar müşahidə olunur… Anbarlarda, təxminən, 88 min ton hərbi sursat var”, – qurumun məlumatında deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında yerləşən hərbi anbarlarda partlayışın intensivliyi saniyədə 2-3 dəfədir.

Hələlik xəsarət alan və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən gecə Ukraynanın Çeniqov vilayətində hərbi anbarda partlayış baş verib. Səlahiyyətli şəxslər indi təxliyyə prosesinə başlayıblar.