Ukraynada Rusiyanın polkovnik-leytenantı əsir götürüldü – VİDEObackend

Ukraynada Rusiyanın polkovnik-leytenantı əsir götürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Balakliya şəhərinə hücumu ilə bağlı hələlik rəsmi şərh verilməyib.
TİA.AZ xəbər verir ki, Ukrayna Prezident Aparatın rəhbərinin müşaviri Aleksey Arestoviç isə az öncə Xarkov vilayətindəki rusların geri çəkildiyini bildirib. Arestoviç əməliyyatların gedişi ilə bağlı təfərrüatları açıqlamayıb.
Strana.ua yazır ki, bu gün səhər Balakliya sakinləri bildiriblər ki, gecə nisbətən sakit keçib, səhər saatlarında atəş yenidən başlayıb, lakin dünənkindən daha az intensiv olub.
Ukrayna Teleqram kanallarında isə artıq Ukrayna hərbçilərinin Balakliyada olduğunu dair fotolor yayılıb. Bundna başqa, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində xeyli rusiyalı hərbçini əsir götürüb, onların arasında polkovnik-leytenant rütbəli bir zabit də var.