Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürülübbackend

Ukraynada Rusiyanın ən yaxşı helikopterçisi öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.

TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Ətraflı

“Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopterçisi polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır”, – məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub.

Zərərsizləşdirilən polkovnik həmçinin ötən il mayın 9-da Qırmızı Meydan üzərində helikopterlərin paradına rəhbərlik edib, bunu Rusiya təbliğat mediasındakı müvafiq nəşrlər sübut edir.