Ukraynada rusiyalılara qarşı yeni qanun imzalandıbackend

Ukraynada rusiyalılara qarşı yeni qanun imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Pyotr Poroşenko sərhəd rejimi barədə yeni qanunu imzalayıb.

Novator.az-ın məlumatına görə, qanun Ukrayna sərhədini qanunsuz keçən Rusiya vətəndaşlarının və Rusiyanın maraqlarına xidmət edən şəxslərin 3 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur. Bu əməli qrup halında, eləcə də təkrarən törətməyə 5 ilədək, silah tətbiqi ilə törətməyə 8 ilədək həbs cəzası düşür.

Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib, həmçinin Donetsk və Luqansk vilayətlərinin (Donbas bölgəsi) bir hissəsini işğal altında saxlayan separatçı rejimləri dəstəkləyir. Bu üç bölgədən 1,5 milyondan çox ukraynalı köçkün düşüb. Donbas bölgəsində 2014-cü ildən davam edən silahlı münaqişədə 10 mindən çox adam həlak olub.