Ukraynada Rus işğalçıları maliyyə problemi içində boğulmağa başlayır – Kəşfiyyatbackend

Ukraynada Rus işğalçıları maliyyə problemi içində boğulmağa başlayır – Kəşfiyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada yerləşən Rusiya işğalçıları maliyyə problemlər yaşamağa başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

 

İşğalçı ordunun hərbçilərinə vəd edilən ödənişlərdən sonra Rusiya hərbi birləşmələrində maliyyələşmədə problemlər yaranıb. Bu xərclərin ödənilməsi heç bir şəkildə büdcədə nəzərdə tutulmayıb və tətbiq edilən sanksiyalara görə Rusiya Federasiyasının maliyyə sisteminin qeyri-qənaətbəxş vəziyyəti üzündən büdcədə əlavə vəsait tapmaq mümkün deyil.
Kəşfiyyat məlumatlarına görə, müvəqqəti işğal olunmuş Krımda Ukraynaya qarşı müharibədə iştirak edənlərə “ezamiyyət pulu” ödənildikdən sonra fevral ayında hərbi birləşmələr üçün mövcud vəsait limiti tamamilə tükənib. Mart ayının ödənişləri üçün maliyyə yoxdur.
Oxşar vəziyyət Rusiya Özəl Hərbi Kompaniya (ÇVK) muzdlularının müharibədə iştirak üçün ödənişlərdə də yaranıb. Onların arasında Ukrayna ərazisinə getməkdən imtina halları daha tez-tez baş verir. Səbəb isə bağlanmış müqavilələrin şərtlərinin yerinə yetirilməməsidir. Yaraqlılar döyüş əməliyyatlarında iştirak, xəsarətlərə görə kompensasiya və vəd edilmiş “sosial təminat” üçün vəsait almırlar.
Bu gün Ukrayna xalqının Rusiyanın hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin otuzuncu günü başlayıb. Ötən sutka ərzində Ukrayna hərbçiləri iki yüz işğalçını və çoxsaylı texnikanı zərərsizləşdirib.
Donetsk, Slobojanski və Tavrida istiqamətlərinin bir hissəsində Ukrayna Silahlı Qüvvələrinin səyləri düşmənin keçməsinin qarşısını almağa, Volında isə dövlət sərhədini bağlamağa yönəlib.