Tribuna İnformasiya Agentliyi

Ukraynada “Qazprom”un aktivlərinə həbs qoyuldu

08 Mart

Ukraynada Rusiyanın “Qazprom” holdinqinin aktivlərinə həbs qoyulub.

TİA.AZ  “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna hökuməti bəyanat yayıb.

Məlumata görə, bu ölçünün götürülməsinə səbəb, adı çəkilən holdinqin ölkənin monopoliya haqqında qanunvericiliyi və Stokholm arbitraj məhkəməsinin çıxardığı qərarın tələblərini pozmasıdır.

Qeyd olunur ki, həbsə holdinqin “Qazprom sbıt Ukrayna” şirkəti və “Ukrayna qaz-nəqliyyat sisteminin idarəolunması və inkişafı üzrə beynəlxalq konsorsium” şirkətlərinin əmlakları, “Yujniiqiproqaz institutu” ASC və “Qaztranzit” ASC-nin səhmləri düşüb.

Xatırladaq ki, bundan əvvəl “Qazprom” Ukrayna “Naftoqaz”na görüşərək, bütün mövcud sövdələşmələrə xitam verilməsi proseduru ilə bağlı müzakirələr aparmağı təklif etmişdir. “Qazprom” nümayəndəsinin dediyinə görə, Ukrayna tərəfi Stokholm arbitrajının tələblərinə zidd olaraq əlavə saziş göndərib.

Qazprom əlavə sazişi imzalamaqdan və ölkəyə qaz təchizatını bərpa etməkdən imtina edib.

Qeyd edək ki, Stokholm arbitraj məhkəməsinin qərarına görə, “Qazprom”  mübahisə ilə əlaqədar Ukraynanın enerji şirkətinə 2,56 milyard dollar pul ödəməlidir. Beynəlxalq məhkəmə eyni zamanda “Qazprom”un üzərinə Ukraynanı ilə 5 milyard kubmetr həcmində qazla təchiz etmək öhdəliyini qoyub.