Ukraynada Müstəqillik Günü ilə bağlı təntənəli parad keçirilibbackend

Ukraynada Müstəqillik Günü ilə bağlı təntənəli parad keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin mərkəzi Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş təntənəli hərbi parad keçirilib.

“Report”un məlumatına görə, paradda Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandaı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Petro Poroşenko və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Paradın açılışı zamanı balaca ukraynalı qızın hərbçiləri gül ilə qarşılaması Vladimir Zelenskini kövrəldib, ölkə başçısı göz yaşlarına hakim ola bilməyib. Prezident çıxışında Ukraynanın 30 illik yox, min illik dövlət olduğunu bildirib. O Ukraynanın müstəqilliyinin tək ukraynalılar deyil, ölkə vətəndaşı olan bütün etnik xalqlar üçün də dəyərli olduğuna əminliyini ifadə edib. Prezident çıxşında Ukraynanın ərazi bütövlüyünün bərpasına da toxunub.

Ukraynalı tanınmış hərbi ekspert Yuri Koçevenko  bildirib ki, paradda təqdim olunan hərbi texnikalar, əsasən Ukraynanın öz istehsalıdır: “Onlardan bir hissəsi artıq hərbi döyüşlərdə istifadə olunur, bir hissəsi isə arsenala yeni daxil edilib. Məsələn, “Neptun” raketləri. Eyni zamanda əməkdaşlıq etdiyimiz ölkələrdən aldığımız texnikalar da var. Türkiyə istehsalı olan pilotsuz “Bayraktar”ı misal göstərmək olar. Bu uçuş aparatının Qarabağın azad olunmasında oynadığı roldan sonra Ukrayna ordusunun arsenalına da daxil edilməsi qərara alınıb. Bundan başqa, Ukraynanın unikal “Olxa” və “Verba” reaktiv sistemləri də nümayiş olundu. Ümumilikdə, paradda 5 mindən çox hərbçi iştirak etdi. 100 uçuş aparatı, 400 hərbi texnika nümayiş olundu”, – hərbi ekspert əlavə edib.

Qeyd edək ki, Müstəqillik Günü ilə bağlı hərbi parad Kiyevdən başqa, Ukraynanın Odessa şəhərində də keçirilib.