UKRAYNADA MÜHARİBƏNİN ƏN QIZĞIN DÖVRÜ BAŞLANIR – QABİL HÜSEYNLİDƏN FƏRQLİ PROQNOZLAR…backend

UKRAYNADA MÜHARİBƏNİN ƏN QIZĞIN DÖVRÜ BAŞLANIR – QABİL HÜSEYNLİDƏN FƏRQLİ PROQNOZLAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç aydır ki, geosiyasi anlamda çox mühüm hadisələr baş verir. Rusiya hesab edirdi ki, qısa bir müddətdə Ukraynanı işğal edəcək, hətta Kiyev şəhərini götürməklə şəhərdə atəşfəşanlıq olacağına dair əsgərlərə məktublar da paylanmışdı. Ancaq hər şey əksinə oldu”.

Bu sözləri TİA.Az-a professor Qabil Hüseynli Ukraynada rus ordusunun 3 aydır davam edən hərbi təcavüzü haqda deyib. Onun sözlərinə görə Ukrayna xalqı bəlkə də dünyada misli görünməmiş böyük cəsarət və qəhrəmanlıq nümunəsi göstərir: “Bu gün Rusiyanın əlində Donetsk və Luqanskin müəyyən hissələri, eləcə də Krım əraziləridir. Lakin müharibə hələ başa çatmayıb. Müharibənin ən qızğın dövrü yaxın vaxtlarda – uzağı beş -on gün ərzində başlaya bilər. Çünki bu müddət ərzində Ukrayna ordusu yenidən komplektləşdiriləcək, ordunun sayı bir milyon nəfərə çatdırılır, ən mühümü isə ordu Qərbdən müasir və öldürücü silahlar alır. Bu o deməkdir ki, Ukrayna ordusu təxminən 200-250 km-lik məsafədən Rusiya ordusuna öldürücü zərbələr vura biləcək. İndiyə qədər müharibədə əsasən atıcı silahlardan, artilleriyadan, imkan olduqca hərbi təyyarələrdən və digər silahlardan istifadə edilirdi. İndi Ukraynanın sərəncamında mükəmməl raket sistemləri və digər Ukrayna və Amerika istehsalı olan silahlar var”.

Q. Hüseynli qeyd edib ki, məsələn, Ukrayna artilleriyası tamamən təkmilləşdirilib: “Hava hücumundan müdafiə sistemi yenidən qurulub. Artıq Rusiyanın təyyarələri əvvəlki kimi Ukrayna səmasında hökmranlıq edə bilmir. Ruslar özləri də başa düşürlər ki, məğlubiyyət ərəfəsindədirlər. Ona görə də Marqarita Simonyan tipli fahişələrin dili ilə dünyanı nüvə silahı ilə təhdid edirlər. Həmin Marqarita bilmir ki, Qərb dünyası nüvə silahlarının təkmilliyi baxımından Rusiya nüvə silahlarından bir xeyli qabaqdadır. Rusiyanın nüvə arsenalı işə düşüncə ən azı üç-dörd dəqiqə vaxt keçəcək və bu müddətdə Qərbdən atılan nüvə silahları Sankt-Peterburqu, Moskvanı və digər iri şəhərləri yer üzündən silə bilər. Onda bu Marqarita xanımın leşinin hara düşəcəyini söyləmək çətindir.

Müharibənin sonuncu-həlledici mərhələsinə daxil olunur. Bu müharibə payızın sonlarına, uzağı bu ilin sonlarına qədər davam edə bilər. Müharibə Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, işğal edilmiş bütün ərazilərin geriyə qaytarılması ilə başa çata bilər. Ancaq bunun ardınca Rusiyada məhşum hadisələr baş verəcək. Putinin həyatı və siyasi karyerası ilə bağlı hadisələrdən söhbət gedir. Rusiya əvvəl ətrafına qorxu yağdıran regional dövlətdən kiçik bir əyalət dövlətinə çevriləcək. Rusiyanın ərazisində olan 260 millət və xalqın bir çoxu ola bilsin ki, öz müqəddəratını həll etmək uğrunda mübarizəyə başlasınlar. Yəni Ukrayna tərəfindən ciddi məğlubiyyətə uğradılmış Rusiyanı həm də millətlərarası münaqişələr zəminində ciddi çalxalanmalar gözləyir. Hadisələrin təxmini inkişaf trayektoriyası belədir”.

TİA.Az