Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandıbackend

Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb”.
TİA.AZ xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Məlumata görə, müharibə nəticəsində yaralanan uşaqların sayı isə 563-a çatıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.