Ukraynada həbsxana 14 milyon dollara satılıbbackend

Ukraynada həbsxana 14 milyon dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 48 saylı Lvov cəzaçəkmə müəssisəsi satılıb. Bu barədə ölkənin ədliyyə naziri Denis Malyuska özünün “Facebook” səhifəsində məlumat verib.

Məlumata əsasən, hərraca çıxarılan həbsxanaya görə, ilkin qiymətindən az qala üç dəfə artıq vəsait – 377,5 milyon qriven (təqribən 14 milyon dollar) ödənilib.

Nazirin sözlərinə görə, hərracda 7 alıcı iştirak edib.

Qeyd olunub ki, bu, Ukraynada istifadə olunmayan həbsxanaların özəlləşdirilməsi proqramı üzrə həyat keçirilmiş ilk uğurlu satışdır. Satışdan əldə olunan vəsaitin 30%-i dövlət büdcəsinə, 70%-i isə ölkədəki cəzçəkmə müəssisələri infrastrukturunun yaxşılaşdırılmasına yönəldiləcək.