Tribuna İnformasiya Agentliyi

Ukraynada hərbi vəziyyət rəsmən elan olundu

28 Noyabr

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ölkədə hərbi vəziyyətin elan olunması barədə prezident Pyotr Poroşenkonun parlamentə göndərdiyi qanun layihəsini imzalayıb.

TİA.AZ  Ukrayna KİV-nə istinadən xəbər verir ki, qanun imzalanması üçün Ukrayna prezidentinə təqdim olunacaq.

Hərbi vəziyyət Ukraynanın 10 vilayətində noyabrın 26-sı saat 14:00-dan 26 dekabr saat 14:00-a qədər davam edəcək.