Tribuna İnformasiya Agentliyi

Ukraynada hərbi anbarda partlayış baş verib, 20 min nəfər təxliyə edilib – VİDEO

09 Oktyabr

Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyə edilib.

“Report” “UNİAN” agentliyinə istinadən xəbər verir ki, hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Hadisə barədə əlavə məlumat yayılmayıb.