Ukraynada fövqəladə rejim tətbiq olundubackend

Ukrayna hökuməti bütün ölkə ərazisində 30 gün müddətinə, aprelin 24-dək fövqəladə vəziyyət rejimini tətbiq edib.

TİA.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal çərşənbə günü Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qərarda zəruri hallarda bu tədbirlərin müddətinin artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Ukraynada 113 nəfər COVID-19-a yoluxub, 4 nəfər virusdan ölüb.