Ukraynada əsir düşən rus əsgəri hər şeyi etiraf etdibackend

Ukraynada əsir düşən rus əsgəri hər şeyi etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əsir düşən rus əsgəri Putinə onun yerinə utandığını bildirib.
 Ukraynada əsir düşən rus əsgəri Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onun yerinə utandığını bildirib.
Marozov Aleksandır Romanoviç adlı əsgər mülki vətəndaşların hücumlarda həyatını itirdiyini bildirib.
Əsgər müharibəyə yollanacağından xəbərsiz olduğunu bildirib: “Son ana qədər bizə təlim olduğu bildirilib. Ukrayna ordusuna əsir düşəndə bizi döyəcək, pis rəftar edəcəklərini düşünürdüm, amma bizimlə yaxşı rəftar etdilər. Yemək və geyim ehtiyacımız ödənilir. Bizim rus ordusunun həm texniki, həm də hərbi qulluqçu olaraq çoxlu itkilərimiz var. Mən əsir olduğum üçün deyil, həqiqəti söyləmək üçün bu sözləri deyirəm. Dediyim heç bir sözü təzyiq altında demirəm. Burada mülki şəxslər, uşaqlar ölür. Mən bütün Ukrayna xalqından üzr istəyirəm və evə getmək istəyirəm”.
Putini “yoldaş” adlandıran əsgər həmçinin müharibədə uduzduqlarını da bildirib: “Çoxlu ölən və yaralanan əsgərlərimiz var. Bu, bizim üçün böyük itkidir. Həqiqətən itiririk. Mənim 20 yaşım var və dəhşətli şeylər görmüşəm. Oğulları hərbi xidmətdə olan Rusiya vətəndaşlarına bildirmək istəyirəm ki, oğullarını bura göndərməsinlər. Ukrayna Silahlı Qüvvələri öz ölkəsini qorumağa çalışır. Yoldaş Rusiya prezidenti, sən haqlı deyilsən və günahkarsan. Bu müharibəni dayandırmağını istəyirəm. Mən özüm yerimə, rus əsgərlərinin yerinə və sizin yerinizə çox utanıram”.