Ukraynada daha bir azərbaycanlı həlak oldu (FOTO)backend

Ukraynada daha bir azərbaycanlı həlak oldu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Rafael Ağayev adlı daha bir azərbaycanlı həlak olub.

Qaynarinfo xəbər verir ki, Ağayevin həlak olması xəbərini dostu və biznes ortağı Leonid Ostalsev verib. Onlar birlikdə “Pizza Veterano” şəbəkəsini qurmuşdular.

“Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub”, – deyə Ostalsev qeyd edib.
 Həmyerlimiz Rafael Ağayev Mariupol uğrunda gedən döyüşlərdə həlak olub.
Rafael 2014-2015-ci illərdə Donbassda antiterror əməliyyatları qazisi idi. Savaşdan sonra Ukraynada tanınmış “Pizza Veterano” adlı restoranlar şəbəkəsi qurub, qazi yoldaşlarını işlə təmin edərək sağlam cəmiyyətə adaptasiya olmasına köməklik edib.
İmkanı olmasına baxmayaraq ölkəni tərk etməyib, Dəniz piyadaları tərkibində Mariupol şəhərinin müdafiəsinə qoşulub.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynada azərbaycanlı snayper Elnur Həsənov Kiyev uğrunda gedən döyüşlərdə vəfat etmişdi.