Tribuna İnformasiya Agentliyi

Ukraynada 9 ayda 1300-ə yaxın qətl hadisəsi baş verib

10 Noyabr

Bu ilin 9 ayında Ukraynada 1241 qətl hadisəsi baş verib.

TİA.AZ xəbər verir ki, bu barədə mətbuata müsahibəsində Ukraynanın baş prokuroru Yuriy Lutsenko məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə 1717 quldurluq, təxminən 2000 nəfərə qarşı hücum faktı qeydə alınıb.

Hazırda Ukraynada 3 milyondan çox vətəndaş qeyri-qanuni silah gəzdirir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin hesabatında qeyd edilir.

Baş prokuror qeyd edib ki, Ukraynada qətl hadisələrini minimuma endirmək üçün təxirəsalınmaz işlər aparılmalıdır.