Ukrayna XİN-dən NATO-ya – XƏBƏRDARLIQbackend

Ukrayna XİN-dən NATO-ya – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“NATO ölkələri Rusiya Federasiyasını dayandırmasa, onlar bütün Avropaya hücum edəcəklər. Əgər bizdə göydə kömək etməsəniz, ukraynalıların ölümünə görə məsuliyyəti bölüşməli olacaqsınız”. 
TİA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O hesab edir ki, Rusiya Suriyanı məhv etdiyi kimi Ukraynanı da eyni taktika ilə məhv etməyə çalışır, lakin buna yol vermək olmaz.
Dövlətimiz döyüşməyə hazırdır, biz rus işğalına qarşı mübarizəmizi davam etdiririk, lakin Rusiyanın havadakı hücumlarını dəf etmək üçün bizə təcili yardım lazımdır. Əgər NATO bunu etməsə, mülki əhalinin həyatı və iztirablarına görə məsuliyyəti bölüşməli olacaqsınız. Rusiya təyyarələrinin raket hücumları nəticəsində ölən Ukrayna əhalisidir”, – ukraynalı nazir açıqlamasında bildirib.